Film insan səadətinin, ailə xoşbəxtliyinin təkcə maddi nemətlərin əldə olunması ilə ölçülməməsindən bəhs edir. Rüxsarə(Şəfiqə Məmmədova) ilə oğlu İbrahimin (Firuz Babayev) qayğısı böyükdür. Onları evdə böyüyən beş qızın-Gülxar(Şükufə Yusifova), Xalidə(Xalidə Quliyeva), Səkinə(Dilarə Hüseynova), Zöhrə(Cəmilə Ağayeva) və Sevincin(Rəna Cəfərova) gələcək taleyi çox narahat edir. Rüxsarənin arzusu qızların hər birinə cehiz vermək, necə deyərlər, 'ata-baba' qaydası ilə ər evinə yola salmaqdır. İbrahim ailə səadətinin cehizlə, par-par parıldayan mebellə ölçülmədiyini yaxşı bilir. Lakin anasının xatirinə qızlara cehiz pulu qazanmağa çalışır. Bacılar da başa düşürlər ki, xoşbəxtliyin təməli heç də cehizlə qoyulmur. Sevdiyin adamla əl-ələ versən, həyatın bütün sınaqlarından alnıaçıq çıxa bilərsən...