Все фильмы
1970 O qızı tapın Film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunmuşdur. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərin təhqiq işindən danışır.
Özünə 'satış bazarı' axtaran əmtəəşünas Kazımlı (Səyavuş Şəfiyev) ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də 'dostları' qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar.
Film insanları düzlüyə, doğruluğa çağırır. Смотреть
1969 Bizim Cəbiş müəllim Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır Смотреть
1962 Telefonçu qız Lirik kinopovestdə həyatda öz yerini tapan gənc qız Mehribanın (Raisa Nedaşkovskaya) taleyindən və onun ilk məhəbbətindən danışılır. Mehribanın məhəbbəti çətinliklərlə üzləşir, ona sevinc gətirmir, lakin qızı ruhdan da salmır. Sevdiyi adam bir zamanlar xəyalında yaşatdığı insanın səviyyəsinə qalxa bilmir. Ancaq Mehriban zahirən xəyal dostuna bənzəyən Zakiri (Nodar Şaşıqoğlu) dərindən düşünməyə və insanlara qarşı münasibətinə yenidən nəzər salmağa vadar edir. Смотреть
1958 Qızmar günəş altında Kinopovestdə şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Əkbər Fərzəliyev) fədakar əməyindən bəhs olunur. Qısa ezamiyyətə gəlmiş Aydın özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür. Смотреть
1963 Möcüzələr adası Kinopovest Xəzər dənizində salınmış Neft Daşlarının qəhrəman neftçilərinə, onların əməyinə və məişətinə həsr olunmuşdur. Polad dirəklər üzərində qurulmuş dəniz estakadası yüz kilometrlərlə dənizin içərilərinə doğru uzanır, burada igid adamların əlləri ilə neft buruqları və neftçilər şəhəri salınmışdır. Filmdə ömrünün yarısını bu adada keçirən adamlar, buraya işləməyə gələn gənclər, onların qarşılıqlı münasibətləri haqqında söhbət gedir, xarakterləri açılıb göstərilir. Смотреть
1967 Sən niyə susursan? Filmdə mürəkkəb əxlaqi problemlər qaldırılır, şərəfsizlik, biganəlik, möhtəkirlik kimi mənfi keyfiyyətlərə qarşı mübarizəyə çağırış səslənir. Смотреть