Все фильмы
1977 Şir evdən getdi Musiqili film uşaq aləminin gözəlliyindən, onların xarakterlərindən, uşaqlarla heyvanların dostluğundan bəhs edir. Смотреть
1977 Ad günü Lirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi 'Dost haqqında söhbət' də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir.
Film şəkili müəllim Mustafanın (Hacı İsmayılov) Bakıya ezamiyyət səfəri ilə başlayır. Qohumu Nazimin (Fuad Poladov) evində qonaq qalan Mustafa poçt şöbəsində xoşagəlməz təsadüf nəticəsində Fəridə (Şəfiqə Məmmədova) ilə tanış olur. Mustafa Fəridəyə ona Bakını göstərməyi təklif edir. Digər tərəfdən kadrda Əlinin ailəsi görünür. Əli (David Uplisaşvili) oğluna ad günü etmək və uşaqlıq dostlarını bir araya yığmaq qərarına gəlir. Qapı-qapı gəzib dostlarını dəvət etdikdən sonra Əli ad günü tədbirinə ciddi cəhdlə hazırlaşır. Fəridə ilə Bakını gəzən Mustafa isə Fəridəni evinə yola salarkən güclü yağış yağır və Fəridə onu yağış kəsənəcən evinə qonaq dəvət edir. Əlinin isə tədbiri baş tutmuşdur, qonaqlar bir yerə yığışmış, deyib-gülüb əylənirlər. Fəridə yağışın kəsmədiyini görcək Mustafaya onun evində qalmağı təklif edir və ona mətbəxdə yataq qurur. Əli isə həyəcan və yorğunluqdan tədbirin yarısında yatır. Dostlar isə öz kefindədirlər. Gecənin yarısında yağış kəsir və Fəridə Mustafaya öz evinə getməsini məsləhət bilir. Nəticədə Mustafa gecə vaxtı tanımadığı Bakının küçələrində qalır. Əli oyanır, görür ki, tədbir bitib və hamı dağılışıb. Kor-peşman eyvana çıxır və yoldan keçən Mustafanı görür; tez onun dalınca qaçıb evinə qonaq dəvət edir. Və onlar əsl ad gününü qeyd edirlər...
Bu filmdə insan tədqiq və təsvir olunur, onun məişəti və yaşayışı, gündəlik həyatı ekranda canlandırılır. Смотреть
2008 Yalançılar Dul qadın xoşbəxtliyini axtarır. O, tənhalıqdan qurtulmaq üçün yenidən ailə qurmaq istəyir, bunun üçün də internetdən istifadə etməyi qərara alır. Смотреть
1976 Xoşbəxtlik qayğıları Film insan səadətinin, ailə xoşbəxtliyinin təkcə maddi nemətlərin əldə olunması ilə ölçülməməsindən bəhs edir. Rüxsarə(Şəfiqə Məmmədova) ilə oğlu İbrahimin (Firuz Babayev) qayğısı böyükdür. Onları evdə böyüyən beş qızın-Gülxar(Şükufə Yusifova), Xalidə(Xalidə Quliyeva), Səkinə(Dilarə Hüseynova), Zöhrə(Cəmilə Ağayeva) və Sevincin(Rəna Cəfərova) gələcək taleyi çox narahat edir. Rüxsarənin arzusu qızların hər birinə cehiz vermək, necə deyərlər, 'ata-baba' qaydası ilə ər evinə yola salmaqdır. İbrahim ailə səadətinin cehizlə, par-par parıldayan mebellə ölçülmədiyini yaxşı bilir. Lakin anasının xatirinə qızlara cehiz pulu qazanmağa çalışır. Bacılar da başa düşürlər ki, xoşbəxtliyin təməli heç də cehizlə qoyulmur. Sevdiyin adamla əl-ələ versən, həyatın bütün sınaqlarından alnıaçıq çıxa bilərsən... Смотреть