Все фильмы
1970 Yeddi oğul istərəm Film Sovet inqilabının qələbəsinə inanan və məqsəd naminə canlarından belə keçməyə hazır olan 1920-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. Смотреть
1958 Uzaq sahillərdə Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilib Смотреть
1981 Babamızın babasının babası Film Ramiz Rövşənin ssenari müəllifi kimi diplom işi idi. Kino mütəxəssisi Aydın Kazımzadənin sözlərinə görə, bu film Azərbaycan kinosu tarixində mühüm yer tutur, hansı ki, Azərbaycan SSR xalq artisti Hüseynağa Sadıqovun son film idi. Filmdən bir kadrda Azərbaycan Sovet Ensiklopediyasında Sadıqov haqqında bir məqalə təsvir edilmişdir.
Filmin çəkilişləri Şəki şəhərinin yaxınlığında iki-üç ay ərzində aparılmışdır. Filmin premyerası 1982-ci ildə Kürdəmirdəki Yay Kinoteatrında baş tutmuşdur. Premyerada çəkiliş qrupunun üzvləri, eyni zamanda filmdəki işlərdən və bir neçə maraqlı hekayədən bəhs edən aparıcı aktyor Hüseynağa Sadıqov çıxış etmişdir.
Film 2017-ci ildə Azərbaycan Dövlət Film Fondunun əməkdaşları, əməkdar mədəniyyət işçiləri Rafael İmanov və Xuraman Pişiyari tərəfindən rəqəmsallaşdırılmışdır. Смотреть
1965 Arşın mal alan Bakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər (Həsən Məmmədov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (Hacımurad Yegizarov) onun köməyinə gəlir Смотреть
1969 Mən ki, gözəl deyildim Kino əsərinin mərkəzində Səidə adlı (Xuraman Qasımova) gənc qızın taleyi durur. Burada İkinci Dünya müharibəsi illərində kənddə adamları bir-birinə bağlayan dostluq əhval-ruhiyyəsi, əzizləri cəbhədə həlak olan ailələrin dərdinə həmyerlilərin şərik çıxmaları, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmaları əks etdirilmişdir. Смотреть
1991 O dünyadan salam Kino əsəri cəhalətpərəstliyi, avamlığı, kortəbii fanatizmi, fırıldaqçılığı ifşa edir. Burada söhbət çirkin adamlardan deyil, dövrün çirkin ab-havasından gedir. Filmdə adamların xeyirxahlığı və sadəlövhlüyü ön plana çıxarılmışdır. Sadəlövhlük isə qüsur deyil, təmizlikdir, möcüzəyə inamdır. Смотреть
1955 Görüş Film bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin - özbək qızı Lala ilə azərbaycanlı Kamilin saf məhəbbəti durur Смотреть