Все фильмы
1970 Sevil Kino əsərinin mərkəzində cəhalətə qarşı üsyan edən, həyatda öz yerini axtarıb tapmağa çalışan Azərbaycan qadınının taleyi durur. Sevilin (Valentina Aslanova) taleyi Azərbaycan qadınlarının taleyi kimi verilir. Смотреть
1981 Babamızın babasının babası Film Ramiz Rövşənin ssenari müəllifi kimi diplom işi idi. Kino mütəxəssisi Aydın Kazımzadənin sözlərinə görə, bu film Azərbaycan kinosu tarixində mühüm yer tutur, hansı ki, Azərbaycan SSR xalq artisti Hüseynağa Sadıqovun son film idi. Filmdən bir kadrda Azərbaycan Sovet Ensiklopediyasında Sadıqov haqqında bir məqalə təsvir edilmişdir.
Filmin çəkilişləri Şəki şəhərinin yaxınlığında iki-üç ay ərzində aparılmışdır. Filmin premyerası 1982-ci ildə Kürdəmirdəki Yay Kinoteatrında baş tutmuşdur. Premyerada çəkiliş qrupunun üzvləri, eyni zamanda filmdəki işlərdən və bir neçə maraqlı hekayədən bəhs edən aparıcı aktyor Hüseynağa Sadıqov çıxış etmişdir.
Film 2017-ci ildə Azərbaycan Dövlət Film Fondunun əməkdaşları, əməkdar mədəniyyət işçiləri Rafael İmanov və Xuraman Pişiyari tərəfindən rəqəmsallaşdırılmışdır. Смотреть
1976 Dədə Qorqud Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır.
Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır.
Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : 'Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz'.
Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur. Смотреть
1976 Ürək... Ürək... Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur.
Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir.
Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır Смотреть