Все фильмы
2017 İkinci Pərdə Süjetin əsasını xəyanət motivi təşkil eləyir. Dostun, arvadın, ərin xəyanəti… Bu xəyanət motivləri Arifin (Qorqud Cəfərli) ona təmənnasız yardım edən dostu Timanın arvadı Samirəylə gizli eşq macərası yaşaması ilə kulminasiyaya çatır. Смотреть
2015 Oğlan evi 1 Film komediya janrındadır. Filmdə baş verən hadisələr 3 nəfər şəxsə aldadılaraq bir evin satılmasından bəhs edilir. Filmin qəhrəmanları onları aldadadaraq pullarını mənimsəyən şəxsi tapıb, onlardan pulu necə geri alacağına çarə axtarırlar.
“Sovetski”də evi sökülmüş Alik və evlənməyə hazırlaşan Raminin başına məhz bu hadisə gəlib. Onları amansızcasına aldadan Valid Hüseynov isə oğlunun toyuna hazırlaşır. Qəhrəmanlar bunu öyrənəndən sonra pullarını qaytarmağın ən qeyri-adi yolunu seçirlər... Смотреть
2014 Mən evə qayıdıram 'Mən evə qayıdıram' filmi 1990-cı illərədən bəhs edir. Film hərbi vətənpərvərlik mövzusunda, real hadisələr əsasında çəkilib. Film Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. 85 dəqiqə sürən 'Mən evə qayıdıram' filmində ilk dəfə Azərbaycan hərbi hava qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin səmada düşmən texnikası ilə mübarizəsi əks olunub. Смотреть
2020 Gələrsən Görərsən Bir nənənin üç nəvəsi olur. Bunların hərəsinin başına bir iş gəlir və hamısına pul lazım olur. Nənə bunların əlindən bezir və şərt qoyur. “Kim sevdiyi qızla gəlsə və mənim şərtlərimə, sınaqlarıma 3 gün ərzində dözsə, ona əlli min manat pul verəcəm” deyir. Sonra iki nəvəsi qızla, biri isə oğlan dostuna qadın paltarı geyindirib, gətirir. Nənə 3 gün ərzində bu qızları sınağa çəkərək, başlarına oyun açır. Смотреть
2016 Oğlan evi 2 Cənubi Azərbaycanlı Pərvaz Müstəvi Bakıda toy təşkili ilə məşğul olmaq qərarına gəlir. Atasından yadigar qalan bahalı raritet maşını, kirayə vermək üçün İrandan Bakıya gətirəndə, onu yarıyolda oğurlayırlar. Maşını itirdikdən sonra, müflis olacaqları təhlükəsilə üzləşən Pərvaz və şəriki Yavər ölkənin ən amansız avtomobil fırıldaqçıları ilə tanış olurlar. Смотреть