Bir nənənin üç nəvəsi olur. Bunların hərəsinin başına bir iş gəlir və hamısına pul lazım olur. Nənə bunların əlindən bezir və şərt qoyur. “Kim sevdiyi qızla gəlsə və mənim şərtlərimə, sınaqlarıma 3 gün ərzində dözsə, ona əlli min manat pul verəcəm” deyir. Sonra iki nəvəsi qızla, biri isə oğlan dostuna qadın paltarı geyindirib, gətirir. Nənə 3 gün ərzində bu qızları sınağa çəkərək, başlarına oyun açır.