Все фильмы
2017 Kəklikotu Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satırlar. Sən demə, kisədəki kəklikotu yox, qurudulmuş marixuana imiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir. Смотреть
2017 Xənnas Ad gününü rayonda anasının yanında qeyd edən İlkin günlərlə gördüyü eyni yuxunun təsiri altında qalaraq, anasının qadağalarına məhəl qoymayıb babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə getmək istədiyini deyir. Həmin yuxuda İlkinin babası o evdə kimnənsə gizlənməyə çalışıb,onu köməyə çağırır.
İlkinlə bərabər həyat yoldaşı və dörd dostu həmin evə baş çəkirlər. İlk baxışdan köhnə və atılmış məkan təəssüratı bağışlayan ev getdikcə öz qonaqlarını vahiməyə salır. İlkinin gözünə görünən molla ruhları,əcaib məxluqlar bu evdə dəhşətli bir hadisənin baş verməsinə işarə olur. Gecə boyunca dostlar bu evin cinlərin məskəni olduğunu aşkar edir və məlum olur ki,bu cinlər İlkinin babasından başlayaraq nəslindəki bütün kişiləri öldürürmüş. Bunlara səbəb isə babasının sovet vaxtı bir qrup dindar insanları evin zirzəmisində qətlə yetirməsi olub.
Bu lənəti götürməyə çalışan dostlara, paranormal hadisələrlə mane olan qara qüvvələr onların gecəsini kabusa çevirir.Yalnız Allaha sığınmaq onları bu gecədən sağ çıxarda bilər... Смотреть
2019 Taksi Liza Dursun taksi sürücüsüdür –görünüşü müasir, özü isə elə alışdığımız. Düz yeddi dəfə sevdiyi qıza elçi getsə də, qızın atası İftixar bəy qızını taksi sürücüsünə vermir. Həmin ərəfədə İftixar bəy Bakıya gətizdirdiyi məşhur “Mono Liza” əsərini sərgidə nümayiş etdirməyi planlayır. Amma şəkil naməlum şəxslər tərəfindən oğurlanır. Смотреть
2023 Hozu dayə Hozu anasına söz verdiyi kimi, işləməyə başlayacaq, onun qəzetdə barmağını qoyduğu ilk işdə çalışacaq. Tərslikdən barmaq qoyulan iş “qoca bir arvada dayə axtarılır” elanı olur. Hozu verdiyi sözü tutur və qocanın bütün kaprizlərinə dözür. Qoca Hozunu evdən qovmaq bəhanəsiylə müxtəlif yollara əl atsa da, qəhrəmanımız bütün çətinliklərin öhdəsindən asanlıqla gəlir. Hozu qocanın əsl planını bildikdən sonra onunla bir oyun qurub kömək etmək istəyir. Смотреть