2017 İkinci Pərdə Süjetin əsasını xəyanət motivi təşkil eləyir. Dostun, arvadın, ərin xəyanəti… Bu xəyanət motivləri Arifin (Qorqud Cəfərli) ona təmənnasız yardım edən dostu Timanın arvadı Samirəylə gizli eşq macərası yaşaması ilə kulminasiyaya çatır.
2016 Pərdə Lalənin atası tərəfindən planlaşdırılan toy günü sürətlə yaxınlaşır. Emil anlayır ki, vaxt onun əleyhinə işləyir və təcili hərəkət etməlidir. Elə bu anda fürsət yaranır: toy hazırlıqları ilə bağlı Lalənin atası bir neçə günlüyünə şəhərdən gedir. Emil Laləni bu evlilikdən xilas etmək üçün onun qardaşı Zaurdan kömək istəyir. Zaur isə ağır bir seçim qarşısında qalır — ata iradəsi, ailə ənənələri və cəmiyyətdəki nüfuz, yoxsa dostuna sədaqət və bacısını onunla eyni taleyi yaşamaqdan qorumaq.