Все фильмы
2025 Spinozanın Tanrısı Bərq, gənc və istedadlı fotoqrafdır. Öz işləri ilə peşəsində ciddi səviyyələrə gəlib. Gənc oğlanın həyatında hər şey öz axarı ilə getdiyi günlərin birində o, qəribə yuxu görür və həyəcan içində oyanır. Yuxusu ilə bağlı çox güvəndiyi mediator dostu Günaya danışmaq üçün onun ofisinə gedərkən, həmin yuxuda gördüyü qız ilə yenidən qarşılaşır. Sonralar Fəza olduğu aydınlaşan bu qız, müxtəlif yerlərdə Bərqin önünə çıxır, yuxularına girir. Bu yuxular, qarabasmalar oğlanın ruh halına ciddi təsirlər edir. Çevrəsindəkilər, yaxınları ona əllərindən gəldiyi qədər kömək etməyə, Bərqi bu psixoloji burulğandan çıxarmağa çalışırlar. Bir müddət sonra aydın olur ki, o, Fəza ilə həqiqətən illər əvvəl qarşılaşıb və tanışdır. Beləliklə, ikili yenidən əlaqə yaradır, danışırlar və bu münsibət dərin sevgiyə çevirilir. Hadisələrin sonluğu isə tamam başqa nəticələrə və gözlənilməz, dramatik gerçəklərin aydınlaşmasına aparır. Смотреть
2018 Sonuncu Pərdə Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta 'yüz ilin' dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib? Смотреть
2020 Daxildəki ada Seymur Tahirbəyov beynəlxalq şahmat qrossmeysteridir. Növbəti turnirin qalibi olan Seymur Şahmat üzrə Dünya Çempionatı matçında hazırkı dünya çempionuna meydan oxumaq hüququ qazanır. Çempionat matçına bir neçə həftə qalmış Seymur babasının ölüm xəbərini eşidir və onun psixoloji və emosional vəziyyəti ağırlaşır. Seymur heç kimə demədən tənhalığa çəkilir. Seymur babasının bir vaxtlar ona danışdığı Kür Dili adasına gəlir. Əsasən vəhşi atların məskunlaşdığı adada onun yeganə insan sakini - qoca ilə qarşılaşır. Əvvəlcə bir-birinə şübhə ilə yanaşan iki tənha şəxs tədricən ünsiyyət yaradırlar. Lakin vaxt azalır: Dünya Çempionatının matçına az qalıb... Смотреть
2012 Çölçü Bu, çölü özünə yurd yeri seçmiş Ulu və gənc çölçünün məhəbbəti haqqında nağılabənzər bir həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə, qısa saçlı bir qız gəlir və Çölçünün həyatına öz nağılını qatıb onun həyatını dəyişir… Смотреть
2021 Olimpia Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSSRi paytaxtı olan Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam etdi və uzaq Kubada sona çatmışdır. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov çoxdan peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi dərsini apaprır, tez-tez radio dinləyir və boş vaxtlarını həmkarları - ən yaxın dostları Valeh və Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərini qəsəbədən bir az aralıqda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlar edərək, ev çaxırırından içərək həyatlarından həzz alırlar. Lakin hər axşam İlqar evə tək qayıdır, çünki şən olmasına baxmayaraq o tənha bir insandır. Nə ailəsi, nə uşaqı, nə gələcəyə bir baxışı, planları, inamı…Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir. Смотреть
2025 İnam Taleh adlı gənc atası Əhmədlə birlikdə mebel sexində işləyir. Onların həyatı sadə, lakin mehriban bir gündəlik üzərində qurulub. Taleh üçün Əhməd təkcə ata deyil, həm də dostdur. Lakin bir gün sexə gələn yaşlı, pərişan görkəmli bir kişi Talehə “mən sənin həqiqi atanam” deyir.
Bu söz Talehin içində şübhə toxumu cücərdir. Əhmədin keçmişinə dair hər kiçik detal — bir baxış, bir cavabdan qaçış, bir duz qabı istəyi — artıq ona gizli bir həqiqətin izini verir. Taleh gizlicə uşaq evinə gedir, sənədləri axtarır və nəhayət, orada öz soyadını və “ata adı: Fikrət” yazılmış bir vərəq tapır.
İndi hər şey dağılır. Taleh Əhmədlə üz-üzə gəlir, onu yalan danışmaqda suçlayır və “əsl” atasını tapmaq üçün evdən gedir. Yolun sonunda isə Talehi illərdir öz həqiqəti ilə əzab çəkən Fikrət qarşılayır. O, mehriban görünür, amma evin soyuq havası, içindəki sükut və köhnə mebellər bir faciənin kölgəsini gizlədir… Смотреть
2009 Ağ-Qara Gecələr Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır.
Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Смотреть
2022 Hasar Qarabağ müharibəsində oğlunu itirən Elçin qələbədən sonra doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə başlayır. Lakin düşmənin kor olan oğlunun itməsi Elçinin planlarını dəyişir.
Filmin çəkilişləri Lerik rayonu ərazisində aparılıb. Смотреть