1956 O Olmasın, Bu Olsun 1910-cu ildə Bakıda cərəyan edən hadisələrdə iki gəncin - Sərvər və Gülnazın ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır.
Film Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasının motivləri əsasında çəkilib.
Film ilk rəngli bədii Azərbaycan filmidir.
1965 Arşın mal alan Bakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər (Həsən Məmmədov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (Hacımurad Yegizarov) onun köməyinə gəlir