Все фильмы
1970 O qızı tapın Film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunmuşdur. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərin təhqiq işindən danışır.
Özünə 'satış bazarı' axtaran əmtəəşünas Kazımlı (Səyavuş Şəfiyev) ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də 'dostları' qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar.
Film insanları düzlüyə, doğruluğa çağırır. Смотреть
1974 Ömrün ilk saatı Kinopovest Azərbaycan neftçilərinin fəhlə sülaləsinin üç nəsli haqqındadır. Onlardan hər birinin öz məqsədi və idealı vardır. Lakin ümumilikdə bu adamlar əmək və həyat ənənələrinə sədaqətlərini qoruyub saxlamışlar.
Filmdəki hadisələr 20-ci illərdə, müharibədən sonrakı dövrdə və bizim günlərdə cərəyan edir və hər dövr qəhrəmanlar qarşısında yeni-yeni vəzifələr qoyur. Film tanınmış neft ustası Mehdiyevin mənzilində yeni uşağın doğulması ilə qurtarır. Bu uşaq böyüyəndən sonra necə adam olacaq? Dünyaya təzəcə gəlmiş bu körpənin arxasında böyük bir sülalənin 3 nəsli durur. Deməli cavab məlumdur. Смотреть
1976 Mezozoy əhvalatı Kinopovestin mərkəzində əsl həyat yolunu, səadəti, məhəbbəti zəhmətdə, neft sənayesinin inkişafında tapan alimlərin, mühəndisləri, dəniz neft birliyi rəhbərliyinin birgə fəaliyyəti, onların qarşılıqlı əlaqəsi və neft uğrunda mübarizəsi durur. Yaradıcı qrup bu kino əsəri vasitəsilə demək istəyir ki, həyat həqiqətən hünər meydanı, sınaq meydanıdır. Yalnız zəhmətə qatılaşanlar bu meydanda qalib çıxar, istədiklərinə nail ola bilərlər. Смотреть
1971 Ən vacib müsahibə Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O belə bir suala cavab tapmalıdır: 'Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?'
Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır. Смотреть