2022 Zona Filmin baş qəhrəmanı sadəlövhlüyü ucbatından şəhərdə qeyri-rəsmi fəaliyyət göstərən kollektor şirkətində işə düzəlir. Onun vəzifəsi banklara və ya fiziki şəxslərə borcu olanlardan həmin borcu almaqdır. İşini uğurla görən qəhrəmanın borcalanlarından biri ölü tapılır və bütün dəlillər ona qarşı olduğuna görə qəhrəman həbs olunur. Filmin əsas hissəsi Quantanamo, Alkatras həbsxanasını xatırladan bir yerdə cərəyan edir. Baş qəhrəman özünün günahsızlığını sübut etmək üçün həbsxanadan qaçış planı düşünür. Amma bu həbsxanadan qaçmaq mümkün deyil.
2018 Fəlakət Fəlakətin ailəsi, uşaqlığı, yaşadığı məhəllə və şəxsi həyatı işıqlandırılmışdır ki, bu da onu daha yaxından və başqa tərəfdən tanıdacaq. Problem bir biznesmenin Fəlakətin yaşadığı məhəlləni sökmək qərarından sonra başlayır. Qəhrəmanımız irəli atılaraq bu problemi aradan qaldırmaq və zalım biznesmeni cəzalandırmaq qərarına gəlir. Amma o, Fəlakətdir axı– qeyri adekvat olması onun bütün planlarını alt-üst edir və problem daha da ağırlaşır. Fəlakət bu vəziyyətdən çıxış yolu tapacaqmı?