Все фильмы
2025 Pozğun Narkotik maddə aludəçisi Ədiş təsadüfən bir Telegram kanalında rast gəldiyi şəkildən dəhşətə gəlir. Qadının üzü görünməsə də, alt paltarı və hamam pərdəsi ona çox tanış gəlir. O, başını qaldıranda həmin əşyaların öz evində olduğunu görür…
Şübhə, qəzəb və psixotrop maddənin təsiri altında Ədişin ağlı dumanlanır. Qardaşının da müdaxiləsi ilə “kişi”liyini sübut etməyə çalışan Ədiş geri dönüşü olmayan bir səhvə yol verir…
Ancaq səhər açıldıqda həqiqət ortaya çıxır – bəs görüb inandıqları, həqiqətən, gerçək idimi? Смотреть
2014 Xoxan 'Xoxan' filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. Milli mifologiyada 'xoxan' sözü 'xortdan' sözünün qısaldılmış forması kimi başa düşülür. Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışıyla məşğul olan evsatan (rieltor), cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı - avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin baş verəcəyini heç kim bilmir... Смотреть
2017 Xənnas Ad gününü rayonda anasının yanında qeyd edən İlkin günlərlə gördüyü eyni yuxunun təsiri altında qalaraq, anasının qadağalarına məhəl qoymayıb babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə getmək istədiyini deyir. Həmin yuxuda İlkinin babası o evdə kimnənsə gizlənməyə çalışıb,onu köməyə çağırır.
İlkinlə bərabər həyat yoldaşı və dörd dostu həmin evə baş çəkirlər. İlk baxışdan köhnə və atılmış məkan təəssüratı bağışlayan ev getdikcə öz qonaqlarını vahiməyə salır. İlkinin gözünə görünən molla ruhları,əcaib məxluqlar bu evdə dəhşətli bir hadisənin baş verməsinə işarə olur. Gecə boyunca dostlar bu evin cinlərin məskəni olduğunu aşkar edir və məlum olur ki,bu cinlər İlkinin babasından başlayaraq nəslindəki bütün kişiləri öldürürmüş. Bunlara səbəb isə babasının sovet vaxtı bir qrup dindar insanları evin zirzəmisində qətlə yetirməsi olub.
Bu lənəti götürməyə çalışan dostlara, paranormal hadisələrlə mane olan qara qüvvələr onların gecəsini kabusa çevirir.Yalnız Allaha sığınmaq onları bu gecədən sağ çıxarda bilər... Смотреть
2017 Brat Li Filmdə baş qəhrəman kəndli obrazında iştirak edir. Babası Şaulin məktəbinin tələbəsi olub. Özü isə uşaqlıqdan Bruce Lee-nin fanatı olub. Kənddə sevdiyi qız var. Qızın isə sonradan başqa adaxlısı çıxır ortaya. Adaxlı çox varlı və imkanı olduğundan müəyyən problemlərlə rastlaşır. Amma Bruce Lee istəyinə bir çox çətinliklərə qalib gəlir. Смотреть