Все фильмы
1970 O qızı tapın Film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunmuşdur. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərin təhqiq işindən danışır.
Özünə 'satış bazarı' axtaran əmtəəşünas Kazımlı (Səyavuş Şəfiyev) ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də 'dostları' qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar.
Film insanları düzlüyə, doğruluğa çağırır. Смотреть
1971 Axırıncı aşırım Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film 'Azərbaycanfilm' kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova 'ən yaxşı kişi obrazı'na görə II mükafat, aktyor Həsən Məmmədova 'ən yaxşı kişi rolu'na görə mükafat verilmişdir. Смотреть