Все фильмы
1970 Yeddi oğul istərəm Film Sovet inqilabının qələbəsinə inanan və məqsəd naminə canlarından belə keçməyə hazır olan 1920-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. Смотреть
1974 Bakıda küləklər əsir Film İkinci Dünya müharibəsi illərində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərinə, düşmən agenturasına, təxribatçılara qarşı çekistlərin apardıqları mübarizəyə həsr olunmuşdur. Beynəlmiləlçilik və xalqlar dostluğu kino əsərinin əsas mövzularındandır. Смотреть
1972 Həyat bizi sınayır Həyat yoluna yenicə qədəm qoymuş gəncin üç il ərzində qarşılaşdığı insanlar və münasibətlərdən bəhs olunur. Kinolent xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun, yeni tipli fəhlənin-Rəşidin(Fikrət Quliyev) taleyindən söhbət açır. Смотреть
1973 Bizim küçənin oğlanları Bizim küçə... Doğrudan da nəinki yaşadığımız küçəyə, hətta həyətə diqqətlə nəzər salsaq, müxtəlif və maraqlı hadisələrin şahidi olarıq. Ona görə də filmdəki qəhrəmanlar doğmadır, hadisələr tanışdır.
Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, yaşayış tərzindən, eyni küçədə, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən, kimin hansı mənsəbə çata biləcəyi ehtimalından söhbət açır. Burada orta məktəbi bitirib, həyatda öz yerini tapmağa çalışan kənd cavanlarından söhbət gedir. Смотреть