Все фильмы
2024 İtən gündəlik Film orta məktəbin V sinif şagirdi Azqarın gündəliyinin itməsi kimi ilk baxışda sadə görünən bir hadisə ilə başlanır. Bir neçə il sonra – IX sinifdə yenidən gündəliyini itirən yeniyetmə qızın keçirdiyi həyəcanın fonunda orta məktəb həyatının təzadlı və dramatik anları təsvir olunur. Смотреть
2020 Soyuq günəş Filmdə Yarqunat və Yarmətin güclü sevgisindən bəhs olunur. Onların sevgisi o qədər güclü idi ki, heç kim bu sevgiyə mane ola bilməzmiş. Yarqunatın atası və anası qızlarını Osmana ərə vermək istəyirmiş. Ona görə ki, həyatın bütün nemətlərini qızının ayağının altına versin. Talehsiz qız, bir gün Osmana ərə gedərmiş. Və bir anda Yarmət bu evliliyə mane olarmış. Qadının biri həyətə yaxınlaşıb, alman faşistlərinin dava başlatdığını deyir. Sonra kəndin bəzi oğlanları alman faşistlərin Azərbaycana daxil olmaması üçün səfərbər olarmış. Yarqunat heç vaxt Osmanın ona toxunmağına icazə verməz və Yarmətə olan sevgisinə sadiq qalar. Aradan 40 il ötür, Yarmət Yarqunatın qarşısına Sadir və Ləzgiyə ilə çıxır. Yarqunat bir anlıq şok keçirdib yerə yıxılır. Yarmət, Sadir, Ləzgiyə və Yarqunat ilə şam yeməyi yedikdən sonra Türkiyədəki ailəsinin yanına qayıdır. Bu hüznlü hekayənin də sonu belə bitir. Смотреть
2025 Hal Ləzgi inanclarında Hal (Alpab) meşədə sərgərdan dolaşan, insanlara yovuşmayan, uzun saçları yerlə gedən bədbəxt qadındır. Deyilənlərə görə o, ailəsində faciə yaşadıqdan sonra dəli olub çöllərə düşüb. İnsanlara bir pisliyi keçməsə də, onun varlığı həmişə qorxu və dəhşət yaradır. İnsan mənəviyyatı və əxlaqi dəyərlər haqqında söhbət açılan bu filmə 'Hal' adı təsadüfən verilməyib. Həyatında sarsıntı yaşamış hər bir qadının həyatında reallıqdan ayrılıb hala çevrildiyi bir an olur.
Dünyanın təməlinin qarşılıqlı məhəbbət üzərində qurulduğunu tamaşaçılara özünəməxsus şəkildə təlqin edən “Hal” filmi sevgisizlik və ümidsizliyin, qəddarlıq və şiddətın insan talelərini amansızlıqla dəyişdirməsindən, ailələrə gətirdiyi faciələrdən bəhs edir.
Film cəmiyyətin bəzi təbəqələrində hələ də hökm sürən köhnə adət-ənənələrin, patriarxal düşüncənin qurbanına çevrilən gənclərin həyatda üzləşdiyi çətinliklərdən söhbət açır.
Bu ekran əsəri tamaşaçılara insanın yanındakı əziz adamına layiqincə dəyər verməməyinin faciəvi nəticələrini, onu itirəndən sonra çəkdiyi əzabları hiss etdirir. Yan-yörəmizdə baş verən ailə faciələrinin, çox zaman cəmiyyət tərəfindən eşidilməyən səssiz fəryadların ekran təcəssümü olan bu filmin məqsədi zorakılığa, insanın mənəvi istismarına yox deməkdir. Смотреть