2014 Xoxan 'Xoxan' filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. Milli mifologiyada 'xoxan' sözü 'xortdan' sözünün qısaldılmış forması kimi başa düşülür. Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışıyla məşğul olan evsatan (rieltor), cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı - avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin baş verəcəyini heç kim bilmir...
2025 Torpağı Sanı Yaşayasan Film Vətən müharibəsinin tarixi əhəmiyyətini, xalqımızın mübarizə və qəhrəmanlıq ruhunu ekranda əks etdirir.
2014 Mən evə qayıdıram 'Mən evə qayıdıram' filmi 1990-cı illərədən bəhs edir. Film hərbi vətənpərvərlik mövzusunda, real hadisələr əsasında çəkilib. Film Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. 85 dəqiqə sürən 'Mən evə qayıdıram' filmində ilk dəfə Azərbaycan hərbi hava qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin səmada düşmən texnikası ilə mübarizəsi əks olunub.