1969 Şərikli çörək Vaqif İçərişəhərli balasıdır və bir neçə günlük tək qalır. O, çörək kartını itirir, çörəyi qazanmaq üçün isə qonşular üçün su daşıyır, bazarda alverlə məşğul olur. Vaqif ona yaxın olan bir insanı itirir
1976 Dərviş Parisi partladır Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi müsyö Jordan mülkədar Hətəmxan ağanın qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.
Film Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah Cadiguni-Məşhur” komediyasının motivləri əsasında çəkilib.