2025 4 Təkər Xəqaninin sevdiyi qızın ailəsinə məxsus klassik avtomobili qumarda itirir. Bu maşının Səlim üçün ayrı dəyəri var. Atasının Xəqanidən xoşlanmadığını bilən Nüşabə maşını özü təmir etsə də, Xəqaninin adı ilə sürpriz etmək istəyir. Xəqani isə ümidləri puç edirb maşını qumarda itirir. Onun dostları avtomobili geri qaytarmaq üçün Xəqaniyə kömək edirlər. Amma bu dəfə hər şey asan olmur. Çünki qarşılarında qumarxana sahibi qəddar və hiyləgər Şahmar var.
2024 Dostum, yoxsa sevgilim?!.. Şəhriyar atasını öldürən iş adamının övdladları ilə hesablaşmağa məcbur olur. O, özü də istəmədən iş adamının oğlu Şahmarı öldürür, meyidi götürüb ən yaxın dostu Aqşinin yanına gəlir. Aqşin maşın üçün Leylanın yanına gəlir. Amma bu gün Leylanın ad günü imiş. Leyla da onlarla birlikdə getməyə israr edir. Dostla məcbur olaraq baqajda meyid, yanlarında Leyla ilə Qəbələyə, Aqşinin döyüş yoldaşı “komandirin” yanına yola düşürlər. amma öldürülən Şahmarın qardaşı Qabil də boş dayanmır. Qisas “oyunu” başlayır.
2022 Geri Dönənlər İllərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.
2025 QUMARBAZ - 'Gecə-Gecə' | 3-cü bölüm Babək maşın tövsiyəsi almaq üçün uzun illərdir görüşmədiyi Elməddinlə görüşür. Ancaq Elməddin ona təkcə maşın tövsiyəsi verməklə qalmır.