Все фильмы
1970 Yeddi oğul istərəm Film Sovet inqilabının qələbəsinə inanan və məqsəd naminə canlarından belə keçməyə hazır olan 1920-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. Смотреть
1991 Qəzəlxan Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yadigarı-qəzəlxan, lirik şair Əliağa Vahidə həsr olunmuşdur.
Burada vahid bir süjet xətti yoxdur. Buna baxmayaraq şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Müəlliflər Vahidi əhatə edən adamların da adlarını dəqiq göstərmirlər. Onlar ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamlarını lentə almaqla onun ümumiləşdirilmiş bədii obrazını yaratmağa çalışmışlar. Смотреть
1975 Firəngiz Süjetin əsasını məsul vəzifədə çalışan qadının — Firəngiz Tahirovanın (Vəfa Fətullayeva) ailəsinə münasibəti, kütlələrlə qarşılıqlı əlaqəsi təşkil edir.
Raykom katibi Firəngiz qayğıkeş, tələbkar olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın (Rasim Balayev) və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri 'dostlarının' cinayət törətdiklərini üzə çıxarır. O, çətin də olsa, əliəyrilərin, natəmizlərin ifşa edilməsinə nail olur. Firəngiz xanım səmimi münasibəti, mehribanlığı, ədalətli olması ilə hamının rəğbətini qazanır. Смотреть
1972 Həyat bizi sınayır Həyat yoluna yenicə qədəm qoymuş gəncin üç il ərzində qarşılaşdığı insanlar və münasibətlərdən bəhs olunur. Kinolent xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun, yeni tipli fəhlənin-Rəşidin(Fikrət Quliyev) taleyindən söhbət açır. Смотреть
1973 Bizim küçənin oğlanları Bizim küçə... Doğrudan da nəinki yaşadığımız küçəyə, hətta həyətə diqqətlə nəzər salsaq, müxtəlif və maraqlı hadisələrin şahidi olarıq. Ona görə də filmdəki qəhrəmanlar doğmadır, hadisələr tanışdır.
Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, yaşayış tərzindən, eyni küçədə, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən, kimin hansı mənsəbə çata biləcəyi ehtimalından söhbət açır. Burada orta məktəbi bitirib, həyatda öz yerini tapmağa çalışan kənd cavanlarından söhbət gedir. Смотреть
1977 Arxadan vurulan zərbə Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur.
Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Смотреть
1979 Babək Film Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunmuşdur. Burada qəhrəmanın həyat yolu və fəaliyyəti öz əksini tapmışdır. Смотреть
1969 Mən ki, gözəl deyildim Kino əsərinin mərkəzində Səidə adlı (Xuraman Qasımova) gənc qızın taleyi durur. Burada İkinci Dünya müharibəsi illərində kənddə adamları bir-birinə bağlayan dostluq əhval-ruhiyyəsi, əzizləri cəbhədə həlak olan ailələrin dərdinə həmyerlilərin şərik çıxmaları, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmaları əks etdirilmişdir. Смотреть
1985 Qanlı zəmi XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu. Смотреть
1974 Qatır Məmməd Kinolent 1919–1920-ci illərdə Gəncə quberniyasında baş vermiş inqilabi kəndli hərəkatı və onun əfsanəvi başçısı, xalq arasında məşhur olan Qatır Məmməd (əsl adı-Məmməd Əli oğlu Məmmədov) haqqında söhbət açır. Смотреть
1967 Dağlarda döyüş Hərbi-vətənpərvərlik filmində sərhədçilərin adi, gündəlik fəaliyyətlərindən, sərhəddə sayıq durmalarından, çətin, lakin şərəfli vəzifələrindən danışılır. Valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin hər şeydən uca tutulması filmin əsas qayəsidir.
Filmdə İkinci Dünya müharibəsində əsir düşənlərin yaralı şəraitdə düşmən əlinə keçməsinə baxmayaraq vətənə qayıtdıqdan sonra repressiya qurbanı olmalarından və onların faciəli aqibətindən də söhbət açılır. Смотреть
1973 Skripkanın sərgüzəşti Kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Odessada cərəyan edir. Burada vətənpərvərlikdən, kütləvi qəhrəmanlıqdan, xalqlar dostluğundan, vətən üçün çətin dövrdə onun müdafiəsinə qalxmış gənc qəhrəmanların hünərindən danışılır. Eyni zamanda filmdə qəhrəmanların qiymətli skripkanı almanlardan qorumaları rəmzi səciyyə daşıyır. Bu, xoşbəxtliyin, musiqinin, xeyirxahlığın, sevincin qorunması, bütün bunların yenidən yaşadılması deməkdir. Смотреть
1972 Qızıl qaz Psixoloji kinopovest Xəzərin sahilinə yaxın yerləşən Sarı adasının əsrarəngiz təbiətindən, buradakı sakinlərin məşğuliyyətindən, məişətindən, adət-ənənələrindən, təzadlı mənəviyyatlarından bəhs edir. İctimai-mənəvi problemlərə toxunan bu kinolent adanın balıqçılıq qəsəbəsinin həyatının bir neçə günü haqqında danışır. Смотреть
1974 Ömrün ilk saatı Kinopovest Azərbaycan neftçilərinin fəhlə sülaləsinin üç nəsli haqqındadır. Onlardan hər birinin öz məqsədi və idealı vardır. Lakin ümumilikdə bu adamlar əmək və həyat ənənələrinə sədaqətlərini qoruyub saxlamışlar.
Filmdəki hadisələr 20-ci illərdə, müharibədən sonrakı dövrdə və bizim günlərdə cərəyan edir və hər dövr qəhrəmanlar qarşısında yeni-yeni vəzifələr qoyur. Film tanınmış neft ustası Mehdiyevin mənzilində yeni uşağın doğulması ilə qurtarır. Bu uşaq böyüyəndən sonra necə adam olacaq? Dünyaya təzəcə gəlmiş bu körpənin arxasında böyük bir sülalənin 3 nəsli durur. Deməli cavab məlumdur. Смотреть