2024 Xəyanətə Yox Toy günündə hamı ekranlarda bəylə gəlinin “Love Story” ni gözlədiyi vaxt, bəyin xəyanət videosuna baxmalı olurlar. Aləm bir – birinə dəyir, toy dağılır. Təbii ki, bu xəyanət bağışlanmır. Xəyanət olunan baş qəhrəmanlar bir araya gəlib “Bizə xox gəlməyin! Xəyanət görmüsünüzsə XOX-a gəlin!” sloqanı ilə intiqam almağa başlayırlar. Qadınların intiqamı və gücü izləyiciləri çox təəccübləndirəcək. Xəyanət edənlərin cəzası isə güldürəcək.
2019 Məşhur Gəlin Gəncəli Vaqif Afaq Gəncəlini dəlicəsinə sevən, fanatik fanatıdır. Afaq Gəncəlini bu dərəcədə sevən insanın başına gələcək ən gözəl hadisə təbii ki, Afaqın onun maşınına minməsi idi. Vaqifin taksisi ilə hava limanına gedən Afaqın çantası onun maşınında qalır. Vaqif çantanı götürüb Afaq minən təyyarənin arxasınca qaçsa da, çantanı Afaqa verə bilmir. Vaqif maşın alverçisi olan dostu Etibardan Bakıya getmək və çantanı Afaqa vermək üçün kömək istəyir. Çantanı Afaqa vermək üçün yola çıxan dostların başına hadisələr gəlir.