Все фильмы
1955 Bəxtiyar Film gözəl və bənzərsiz səsə malik gənc neftçi Bəxtiyar Muradovun (Rəşid Behbudov) taleyindən bəhs edir. Hələ uşaq ikən, gənc Bəxtiyar öz məlahətli səsilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin Bəxtiyar xüsusi musiqi təhsili almaq haqda ona verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedib neftçi olur. İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çıxışlarını təşkil edir, bu yolla çoxlu pul qazanır. Nəticədə Bəxtiyarın səsi tutulur. Nəhayət Bəxtiyar müğənniliyin böyük sənət olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa başlayır.[4] Dostları Bəxtiyarın Saşa ilə barışmasına kömək edirlər. Смотреть
1974 1001-ci qastrol Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir. Burada film üçün xüsusi musiqi proqramı tərtib olunmuş, o cümlədən qəflətən var-dövlət sahibi olan Məşədinin məzəli, Dərvişin qeyri-adi mahnıları Rəşid Behbudovun ifasında səslənmişdir.
…Müğənni Eldarın (Rəşid Behbudov) gözəl səsi var. Yüngül şöhrət ardınca qaçan istedadsız Qaranəfəsin (Rəsmi Cəbrayılov) isə ona paxıllığı tutur. Buna görə də öz dəstəsi ilə onu hər addımda təqib edir, çıxışlarına maneçilik törətməyə çalışır. Lakin digər detektiv filmlərdə olduğu kimi, burada da əhvalat yaxşı sonluqla başa çatır.
Filmdə belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir. Смотреть