2017 Hoqqa Filmdə dostu Kəramət (Vüsal Murtuzəliyev) ilə birlikdə Qızxanımı (Dilarə Əliyeva) qaçırtmış Eşqinin (Elməddin Cəfərov) başına gələn hadisələrdən bəhs olunur.
Eşqin və Qızxanım Facebook sosial şəbəkəsində tanış olurlar. Qızxanım rayonda yaşayır, atası onu başqasına ərə vermək istədiyinə görə Eşqindən onu qaçırmasını istəyir. Eşqin onu dostunun meyit daşıyan maşını ilə qaçırdır və hadisələr elə bundan sonra başlayır...
2017 Kəklikotu Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satırlar. Sən demə, kisədəki kəklikotu yox, qurudulmuş marixuana imiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.