2025 4 Təkər Xəqaninin sevdiyi qızın ailəsinə məxsus klassik avtomobili qumarda itirir. Bu maşının Səlim üçün ayrı dəyəri var. Atasının Xəqanidən xoşlanmadığını bilən Nüşabə maşını özü təmir etsə də, Xəqaninin adı ilə sürpriz etmək istəyir. Xəqani isə ümidləri puç edirb maşını qumarda itirir. Onun dostları avtomobili geri qaytarmaq üçün Xəqaniyə kömək edirlər. Amma bu dəfə hər şey asan olmur. Çünki qarşılarında qumarxana sahibi qəddar və hiyləgər Şahmar var.
2018 Son nəfəsədək Real hadisələr əsasında çəkilən “Son nəfəsədək” filmində Qarabağ müharibəsi dövründə qəhrəmanların göstərdiyi rəşadət canlandırılıb. Filmin ssenaristi və Baş prodüseri Nurəddin Aslanov şahidi olduğu real hadisələri lentə alıb. Onun sözlərinə görə, filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımı qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir.