2017 Dəmir Qazan Dəmir və Qazan dostdurlar. Dəmir universitetdən qovulmuş kimya müəllimidir. Qazan isə qəssabdır və öz kiçik qəssabxanası var. Dəmir mafiya başçısına bahalı maddə söz verir və söz verdiyi vaxta maddəni təhvil verə bilmir. Dəmiri mafiya adamları incidir və buna görə də o dostu Qazandan kömək istəyir. Necəsə işə polis əməkdaşları qarışır. Polisin çantası ilə Dəmirin çantası dəyişik düşür. Dəmir vəziyyətdən çıxmaq istədikcə vəziyyət daha çox pisləşir. Sevda adında polis xanımın köməkliyi ilə dostlar vəziyyətdən çıxırlar.
2015 Usta Yusifin kamançası Çəkməçi Qədir pul qazana bilmədiyindən qızı Qönçəyə kamança ala bilmir. Həyat yoldaşı Nazı buna görə hər gün onu danlayır. Usta Yusifin oğlu Rasim isə kamançanı 500 dollardan bir qəpik də aşağı satmaq istəmir. Çıxılmaz vəziyyətdə qalan Qədir Moskvadan gələn Fərmanın şərti ilə razılaşmalı olur.