Все фильмы
2018 Eviniz abad Film müharibədə torpaqlarını, əzizlərini, evini itirmiş iki gəncin — azərbaycanlı Qafar və gürcü qızı Leylanın sevgi hekayəsindən bəhs edir. Qafarı səhvən köşklə birgə Gürcüstana aparırlar. Köşkünü geri almaq istəyəndə onun kimi evsiz gürcü qızı Leyla ilə rastlaşır. Film müharibələrdə evlərini itirmiş bütün insanlara həsr olunub. Смотреть
2014 Küçələrə su səpmişəm Xəlil heç bir günahı olmadan əmisioğlu Bəhmənin yerinə uzun illər həbsdə yatır. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vuraraq həkim olub. Xəlil həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar dərs olmayıb.
Filmin çəkilişləri Qəbələnin Turyançay qoruğunda və Savalan kəndində, Abşeronun Xırdalan qəsəbəsində, Sulutəpədə, Masazırda, Bakıda, Qubada, Umbakı qəsəbə qəbiristanlığındakı Sofi Həmid pirində və pavilyonda aparılıb.
Film İsi Məlikzadənin “Küçələrə su səpmişəm” əsərinin motivləri əsasında çəkilib. Смотреть
2012 Çölçü Bu, çölü özünə yurd yeri seçmiş Ulu və gənc çölçünün məhəbbəti haqqında nağılabənzər bir həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə, qısa saçlı bir qız gəlir və Çölçünün həyatına öz nağılını qatıb onun həyatını dəyişir… Смотреть
2009 Ölüm növbəsi Əhvalat Bakıətrafı kəndlərin birində baş verir. Baş qəhrəman Şamil (Şamil Süleymanlı) iki illik yuxudan sonra ayılır. Yuxudan ayılan Şamil dama çıxaraq ruhunun, günahlarının təmizlənməsi üçün tanrıya yalvarır. Onun bu müddətdə kənd sakinlərinin nə iş gördüklərini, hansı gizli niyyətlərinin olduğunu bilməsi, öncəgörmələri bir qisim insanı narahat eləyir. Çirkli pullarla zənginləşən Murtuzun (Abbas Qəhrəmanov) yüksək rütbəli məmur Zeynalla (Cahangir Novruzov) işbirliyini bilən Şamil bu barədə onlara xəbərdarlıq eləyir. Onlar Şamili yollarından götürməyi qərara alırlar… Смотреть