Все фильмы
2019 Əlvida, Şmidt! Etnik alman Emil Şmidtin başına gələn maraqlı əhvalatlar bizi gülməyə və
Kədərlənməyə, həyəcanlanmağa və sadəcə həyatın manasını, adi insani dəyərləri,
vǝtənə məhəbbəti və əlbəttə ki, azadlıq haqqında düşünməyə məcbur edir.
'Əlvida, Şmidt!' rəngarəng personajlarla, doğma Azərbaycanın əsrarəngiz təbiəti
Ilə, yeni məcaralarla ve unudulmaz təəssüratlarla dolu olan yerli yol filmidir. Смотреть
2017 Üçüncü Günün Adamı İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir. Смотреть
2016 40-ci paraleldə 40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”. Kinoalmanax 2016-cı ildə 'Azərbaycanfilm' kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.
Postskriptum- Film “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edir. Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.
Onun atası - Psixoloji dram janrında lentə alınan “Onun atası” filmi, Qarabağ müharibəsinin cəmiyyətə vurduğu fəsadlardan bəhs edir. Ailə başçısı olan jurnalist vətənini ailəsi qədər üstün tutaraq müharibədə iştirak etməyə qərar verir. Filmin əsas süjeti ilə bağlı olan, döyüşlər zamanı itkin düşən jurnalistin axtarışları zamanı ailəsinin və yaxınlarının keçirdiyi həyəcan və müharibənin cəmiyyətə mənfi təsiri də təsvir edilir.
Hədiyyə - Yenicə ailə qurmuş iki gəncin sosial problemi fonunda sevgi hekayəti təsvir olunur. Maddi çətinliyi olan ailənin kirayə pulunu ödəməyə, yeni ilə təsadüf edən evliliklərinin ildönümünə hədiyyə almağa imkanları yoxdur. Gənc qadın saçını kəsib, ərinin sevimli qızıl saatına qolbaq, kişi isə saatı satıb sancaq alır.
Qara bağ - “Qara bağ” dilək ağacına bağlanan “qara düyünlər” mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.
Qarabağdan olan yaşlı qaçqın (Vidadi Əliyev) itirilən torpağın xiffətini çəkir. Həkim övladlarına onun xərçəng olduğunu, ömrünə az qaldığını deyir. Oğul atasının ömrünü uzatmaq üçün telekanallardan birində Qarabağın sülh yolu ilə alınması haqda xəbər verdirir. Amma sevindirici xəbər həyəcanlanan qocanın ölümün tezləşdirir. Rejissor metaforlardan yararlanıb, dilək ağacına bağlanan qara parçalardan ibarət düyünlər problemi ifadə edir, finalda düyünləri bağlandığı ağacın tumurcuqlanmasıyla tragizm nikbinlyə köklənir. Смотреть
2021 Olimpia Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSSRi paytaxtı olan Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam etdi və uzaq Kubada sona çatmışdır. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov çoxdan peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi dərsini apaprır, tez-tez radio dinləyir və boş vaxtlarını həmkarları - ən yaxın dostları Valeh və Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərini qəsəbədən bir az aralıqda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlar edərək, ev çaxırırından içərək həyatlarından həzz alırlar. Lakin hər axşam İlqar evə tək qayıdır, çünki şən olmasına baxmayaraq o tənha bir insandır. Nə ailəsi, nə uşaqı, nə gələcəyə bir baxışı, planları, inamı…Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir. Смотреть
2025 Oriondan sevgilərlə Film dağ başında yaşayan çobanın qızının naməlum şəkildə itkin düşməsindən bəhs edir. Çoban 15 il ərzində onun qızını yadplanetlilərin apardığını zənn edib buna inanır. O, bir daxma tikərək oradan yadplanetlilərə siqnal göndərir. Bu yolla yadplanetlilərin onu eşidəcəyinə və qızını geri qaytaracaqlarına ümid edir. Смотреть
2025 Tərsinə kölgələr İllər sonra türmədən çıxan Hüseyn həyat yoldaşı Gülşadı görüşmək üçün çağırır. Gülşad illər sonra sevdiyi insana qovuşacağı üçün ümidlidir. Üstəlik o, bəzi cavabsız qalan suallara da məntiqli bir açıqlama gözləyir. Hüseynin onunla görüşlərə niyə çıxmadığını, cinayəti edib-etmədiyini öyrənmək istəyir. Hüseynin də görüşləri barədə öz planı var. Onlar öz keçmişləri ilə üzləşmək üçün yalnızca bir girişi olan hər kəsdən və hər şeydən uzaqda olan mağaraya girirlər. Смотреть
2008 Yalançılar Dul qadın xoşbəxtliyini axtarır. O, tənhalıqdan qurtulmaq üçün yenidən ailə qurmaq istəyir, bunun üçün də internetdən istifadə etməyi qərara alır. Смотреть