Все фильмы
2011 Buta Film böyük sevgi - insana və Allaha məhəbbət haqqında pritçadır. Baş qəhrəmanlar həyat yolunun lap başlanğıcında olan uşaqlardır. Azyaşlı Butanın bəxti daha çox gətirib - onun müdrik müəllimi var. Maye halında sabun satan qoca. O, hər işdə Butaya kömək edir. Köhnə dəyirmanı bərpa etmək isə onun ən böyük arzusudur. Buta isə dağın başında ancaq quş uçuşu hündürlüyündən görünə bilinəcək buta naxışını qurmaq istəyir. Paxıllıq edən kənd uşaqları ona mane olurlar. Sabun istehsalçısı olan şirkətin nümayəndəsi kəndə məhsullarını reklam etməyə gəlir və yerli qız Qönçəyə vurulur. Qöncə sevgilisinə qovuşmaq üçün toxuduğu - “həyat xalçasını” tezliklə bitirməlidir. Bir neçə xətt paralel sonlanır. Qönçə “həyat xalçasını” bitirir, Buta öz butasını tamamlayır, qoca da köhnə dəyirmanı bərpa edib ... əbədi yuxuya gedir. Смотреть
2016 40-ci paraleldə 40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”. Kinoalmanax 2016-cı ildə 'Azərbaycanfilm' kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.
Postskriptum- Film “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edir. Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.
Onun atası - Psixoloji dram janrında lentə alınan “Onun atası” filmi, Qarabağ müharibəsinin cəmiyyətə vurduğu fəsadlardan bəhs edir. Ailə başçısı olan jurnalist vətənini ailəsi qədər üstün tutaraq müharibədə iştirak etməyə qərar verir. Filmin əsas süjeti ilə bağlı olan, döyüşlər zamanı itkin düşən jurnalistin axtarışları zamanı ailəsinin və yaxınlarının keçirdiyi həyəcan və müharibənin cəmiyyətə mənfi təsiri də təsvir edilir.
Hədiyyə - Yenicə ailə qurmuş iki gəncin sosial problemi fonunda sevgi hekayəti təsvir olunur. Maddi çətinliyi olan ailənin kirayə pulunu ödəməyə, yeni ilə təsadüf edən evliliklərinin ildönümünə hədiyyə almağa imkanları yoxdur. Gənc qadın saçını kəsib, ərinin sevimli qızıl saatına qolbaq, kişi isə saatı satıb sancaq alır.
Qara bağ - “Qara bağ” dilək ağacına bağlanan “qara düyünlər” mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.
Qarabağdan olan yaşlı qaçqın (Vidadi Əliyev) itirilən torpağın xiffətini çəkir. Həkim övladlarına onun xərçəng olduğunu, ömrünə az qaldığını deyir. Oğul atasının ömrünü uzatmaq üçün telekanallardan birində Qarabağın sülh yolu ilə alınması haqda xəbər verdirir. Amma sevindirici xəbər həyəcanlanan qocanın ölümün tezləşdirir. Rejissor metaforlardan yararlanıb, dilək ağacına bağlanan qara parçalardan ibarət düyünlər problemi ifadə edir, finalda düyünləri bağlandığı ağacın tumurcuqlanmasıyla tragizm nikbinlyə köklənir. Смотреть
2010 Əlavə təsir Sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycanın elmi-tədqiqat institutlarından birində kimyaçı alim yeni məhlul əldə edir. Alim bu kimyəvi məhlulun müsbət və mənfi nəticələrini araşdırır. Onun köməyi ilə insanın yaddaşının müəyyən bir hissəsini silib, ondan neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda, bu yolla insanları narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. Lakin nəticələr heç də gözlənildiyi kimi olmur. Смотреть
2016 Həddən artıq uyğunluq Böyük hisslərdən və aldanmaqdan heç kəs sığortalanmayıb. Dünyanın hər yerində sevgi, xəyanət və yalanla qarşılaşmaq olar. Mayk və Aydan ayrı-ayrılıqda aldanıblar. Həyatlarındakı hədsiz uyğunluq onları görüşdürür və bir-birinə sevdirir. Sevgi isə məsafəyə baxmır. Görəsən, növbəti dəfə onlar harada görüşəcək? Bakıda yoxsa Nyu-Yorkda. Bəlkə də, heç görüşməyəcəklər?
Filmin çəkilişi İçərişəhər, Qusar və ABŞ-ın Nyu York şəhərində aparılıb. Смотреть
2010 İstanbul reysi Film bir çox mənəvi dəyərlərin aşınmaya məruz qaldığı cəmiyyətimzin ayrı-ayrı qütblərində təklənən 2 nəfərdən – kişi və qadından bəhs edir. Onların biri imkanlı, biri imkansız olsa da, öz yalnızlıqlarını bir-biri ilə unutmağa çalışırlar və buna nail olurlar. Ancaq son ana qədər bu bötüvlüyü qoruyub saxlamaq mümkün olmur. Смотреть
2008 Düyün Filmin qəhrəmanı 15 ildir atasını görmür. Ölüm ayağında olan atası ilə vidalaşmaq üçün ailəsini götürüb ucqar kəndlərinə tələsir. Uşaq ikən belə atası ilə ünsiyyəti az olan qəhrəman vidalaşmaq üçün yetişə bilmir, ancaq dəfnə çatır. Atasının vəfatından psixoloji şok keçirən qəhrəman bunun nəticəsində etiraflarını dilə gətirir, katarsis keçirir, mənəvi saflaşır.
Beləcə, filmdə ümumbəşəri atalar və övladlar probleminə toxunulur. Смотреть
1991 Girişmə, öldürər! Filmin qəhrəmanları-dörd nəfər dost istirahət etmək məqsədilə 'Azərbaycan' gəmisində dəniz səyahətinə çıxır. Onlar gəmidə bir guşəyə çəkilib 'Şimşimə' kart oyununa başlayırlar. Amma oyunu başa vura bilmirlər. Çünki dostlar macəralarla dolu ağlasığmaz hadisələrin iştirakçısına çevrilirlər. Bu hadisələr filmin əsas süjet xəttini təşkil edir. Смотреть