1970 Yeddi oğul istərəm Film Sovet inqilabının qələbəsinə inanan və məqsəd naminə canlarından belə keçməyə hazır olan 1920-ci illərin komsomolçuları haqqında romantik hekayətdir.
2011 Buta Film böyük sevgi - insana və Allaha məhəbbət haqqında pritçadır. Baş qəhrəmanlar həyat yolunun lap başlanğıcında olan uşaqlardır. Azyaşlı Butanın bəxti daha çox gətirib - onun müdrik müəllimi var. Maye halında sabun satan qoca. O, hər işdə Butaya kömək edir. Köhnə dəyirmanı bərpa etmək isə onun ən böyük arzusudur. Buta isə dağın başında ancaq quş uçuşu hündürlüyündən görünə bilinəcək buta naxışını qurmaq istəyir. Paxıllıq edən kənd uşaqları ona mane olurlar. Sabun istehsalçısı olan şirkətin nümayəndəsi kəndə məhsullarını reklam etməyə gəlir və yerli qız Qönçəyə vurulur. Qöncə sevgilisinə qovuşmaq üçün toxuduğu - “həyat xalçasını” tezliklə bitirməlidir. Bir neçə xətt paralel sonlanır. Qönçə “həyat xalçasını” bitirir, Buta öz butasını tamamlayır, qoca da köhnə dəyirmanı bərpa edib ... əbədi yuxuya gedir.
1977 Arxadan vurulan zərbə Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur.
Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar.