2017 Üçüncü Günün Adamı İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
2012 Çölçü Bu, çölü özünə yurd yeri seçmiş Ulu və gənc çölçünün məhəbbəti haqqında nağılabənzər bir həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə, qısa saçlı bir qız gəlir və Çölçünün həyatına öz nağılını qatıb onun həyatını dəyişir…
2005 Girov Dağlıq Qarabağ uğrunda müharibə zamanı sərhədyanı zonada yaşayan qonşular bir gecənin içində düşmənə çevrilir. Azərbaycanlı Kərim ermənilər tərəfindən girov götürülür. Kənd əhalisinin qərarına əsasən onu dəyişmək üçün həyat yoldaşının (Gülər Nəbiyeva) sərəncamına bir erməni (Qurban İsmayılov) girov verilir, lakin zaman keçdikcə Kərimin həyat yoldaşı 'düşmən'in də insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir.