Все фильмы
1973 Var olun, qızlar Film həqiqətən baş vermiş hadisə – 1958-ci ilin yayında Abşeron çimərliklərindən birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova ithaf edilmişdir. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır, filmdə müxtəlif talelər, xarakterlər açıqlanır. Смотреть
1978 Dantenin yubileyi Bu, sənətə təmənnasız xidmət və məhəbbət haqqında poetik etirafdır. Film qocaman teatr aktyoru barəsində söhbət açır. Kəbirlinski (Həsənağa Turabov) epizod aktyorudur. İstedadı olmasa da, teatra qəlbən bağlı adamdır. Həmkarları daim onunla zarafatlaşır, bəzən də sataşırlar. Nəhayət aydın olur ki, bu, sakit, sadəlövh və gülməli adam əsl ziyalıdır, şəxsiyyətdir və milli mədəniyyət tarixinin bir parçasıdır. Смотреть