2005 Xəzər gəlini Tənha oğlan işlək əşyalar tapmaq üçün zibilliyə yollanır. O, zibil qalağının altından maneken tapır. O, manekeni aparıb yuyub-təmizləyir, geyindirir. Özü də təmizlənir, üzünü qırxır. Manekeni də götürüb velosipedi ilə neft buruqlarının arasında gəzir. Amma bədbəxtlikdən o, manekeni neftlə dolu gölməçəyə salır. Bu hekayə kədərli sonluqla bitə bilərdi. Amma bu anda o, əsl məhəbbətini tapır.
2016 Oğlan evi 2 Cənubi Azərbaycanlı Pərvaz Müstəvi Bakıda toy təşkili ilə məşğul olmaq qərarına gəlir. Atasından yadigar qalan bahalı raritet maşını, kirayə vermək üçün İrandan Bakıya gətirəndə, onu yarıyolda oğurlayırlar. Maşını itirdikdən sonra, müflis olacaqları təhlükəsilə üzləşən Pərvaz və şəriki Yavər ölkənin ən amansız avtomobil fırıldaqçıları ilə tanış olurlar.