Все фильмы
2017 Xənnas Ad gününü rayonda anasının yanında qeyd edən İlkin günlərlə gördüyü eyni yuxunun təsiri altında qalaraq, anasının qadağalarına məhəl qoymayıb babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə getmək istədiyini deyir. Həmin yuxuda İlkinin babası o evdə kimnənsə gizlənməyə çalışıb,onu köməyə çağırır.
İlkinlə bərabər həyat yoldaşı və dörd dostu həmin evə baş çəkirlər. İlk baxışdan köhnə və atılmış məkan təəssüratı bağışlayan ev getdikcə öz qonaqlarını vahiməyə salır. İlkinin gözünə görünən molla ruhları,əcaib məxluqlar bu evdə dəhşətli bir hadisənin baş verməsinə işarə olur. Gecə boyunca dostlar bu evin cinlərin məskəni olduğunu aşkar edir və məlum olur ki,bu cinlər İlkinin babasından başlayaraq nəslindəki bütün kişiləri öldürürmüş. Bunlara səbəb isə babasının sovet vaxtı bir qrup dindar insanları evin zirzəmisində qətlə yetirməsi olub.
Bu lənəti götürməyə çalışan dostlara, paranormal hadisələrlə mane olan qara qüvvələr onların gecəsini kabusa çevirir.Yalnız Allaha sığınmaq onları bu gecədən sağ çıxarda bilər... Смотреть
2017 Dəmir Qazan Dəmir və Qazan dostdurlar. Dəmir universitetdən qovulmuş kimya müəllimidir. Qazan isə qəssabdır və öz kiçik qəssabxanası var. Dəmir mafiya başçısına bahalı maddə söz verir və söz verdiyi vaxta maddəni təhvil verə bilmir. Dəmiri mafiya adamları incidir və buna görə də o dostu Qazandan kömək istəyir. Necəsə işə polis əməkdaşları qarışır. Polisin çantası ilə Dəmirin çantası dəyişik düşür. Dəmir vəziyyətdən çıxmaq istədikcə vəziyyət daha çox pisləşir. Sevda adında polis xanımın köməkliyi ilə dostlar vəziyyətdən çıxırlar. Смотреть
2017 Gecə Qonağı 2 Ədalət zərgərdir, oğlu ilə yaşayır, Zarina isə məşhur aktrisadır, ölkədə onu hamı tanıyır. Ədalət və Zarina bir gün yol qəzasında tanış olurlar və hər şey bu tanışlıqdan sonra başlayır... Zarinanın həyatında görüşdüyü bir insan var və o insan Zarinaya görə öz ailəsini tərk edir. Lakin Ədalətlə olan tanışlıq Zarinanın həyatında hər şeyi alt-üst edir. Ədalət isə heç kimin bilmədiyi səbəblərə görə, Zarina ilə münasibət yaratmaq istəmir və filmin sonunda bütün səbəblər bəlli olur. Смотреть
2017 Bir zamanlar Şəkidə Rus mafiyozu Yurinin sağ əli olan Nikolay, ona xəyanət edərək əfsanəvi “Şərqin ürəyi” adlı almazın xəritəsini oğurlayır və İstanbula qaçır. Xəritə həm sərvət, həm də təhlükə deməkdir. Yuri dərhal adamlarını Nikolayın ardınca göndərir.
İstanbulun Kuzey meşəsində başlayan qaçdı-tutdu gözlənilməz bir dönüş alır: xəritə təsadüfən üç başıpozuq, amma şanslı türk gəncin — Dərya, Tayfun və Sedatın əlinə keçir. Xəritənin xəzinə xəritəsi olduğunu anlamayan üçlük, məsələni çözmək üçün İstanbulda yaşayan azərbaycanlı bir professorun yanına gedir.
Professorun araşdırması nəticəsində məlum olur ki, dünyaca məşhur “Şərqin ürəyi” almazı Azərbaycanın qədim şəhəri Şəkidə gizlədilib. Üçlük böyük sərvət xəyalı ilə Şəkiyə doğru yola çıxır, amma peşəkar ovçular da onların izindədir.
Bir tərəfdən Yurinin amansız adamları, digər tərəfdən isə fürsəti əldən vermək istəməyən azərbaycanlı mafiyoz Rüstəm öz dəstəsi ilə Şəkiyə gəlir. Şəkinin tarixi küçələri, karvansaraları və dağ yolları qaçışlar, səhvlər, qarışıqlıqlar və gülməli qarşıdurmalarla dolur.
Fərqli mədəniyyətlərdən gələn bu rəngarəng personajlar üçün hər şey bir almaz, bir xəritə və saysız yanlış anlaşılma üzərində cərəyan edir. Komediya ilə aksiyonun iç-içə keçdiyi bu macərada heç kim planladığı kimi davranmır və “Şərqin ürəyi” hamının həyatını dəyişəcək son sürprizi hazırlayır. Смотреть