1966 İstintaq davam edir Filmdə Vətənin təhlükəsizliyinin və Bakı şəhərinin əhalisinin əmin-amanlığının qorunmasında Azərbaycançekistlərinin və milisinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından söhbət açılır…
1971 Ən vacib müsahibə Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O belə bir suala cavab tapmalıdır: 'Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?'
Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır.