1972 Həyat bizi sınayır Həyat yoluna yenicə qədəm qoymuş gəncin üç il ərzində qarşılaşdığı insanlar və münasibətlərdən bəhs olunur. Kinolent xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun, yeni tipli fəhlənin-Rəşidin(Fikrət Quliyev) taleyindən söhbət açır.
1973 Bizim küçənin oğlanları Bizim küçə... Doğrudan da nəinki yaşadığımız küçəyə, hətta həyətə diqqətlə nəzər salsaq, müxtəlif və maraqlı hadisələrin şahidi olarıq. Ona görə də filmdəki qəhrəmanlar doğmadır, hadisələr tanışdır.
Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, yaşayış tərzindən, eyni küçədə, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən, kimin hansı mənsəbə çata biləcəyi ehtimalından söhbət açır. Burada orta məktəbi bitirib, həyatda öz yerini tapmağa çalışan kənd cavanlarından söhbət gedir.