Все фильмы
2017 Kəklikotu Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satırlar. Sən demə, kisədəki kəklikotu yox, qurudulmuş marixuana imiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir. Смотреть
2022 Zona Filmin baş qəhrəmanı sadəlövhlüyü ucbatından şəhərdə qeyri-rəsmi fəaliyyət göstərən kollektor şirkətində işə düzəlir. Onun vəzifəsi banklara və ya fiziki şəxslərə borcu olanlardan həmin borcu almaqdır. İşini uğurla görən qəhrəmanın borcalanlarından biri ölü tapılır və bütün dəlillər ona qarşı olduğuna görə qəhrəman həbs olunur. Filmin əsas hissəsi Quantanamo, Alkatras həbsxanasını xatırladan bir yerdə cərəyan edir. Baş qəhrəman özünün günahsızlığını sübut etmək üçün həbsxanadan qaçış planı düşünür. Amma bu həbsxanadan qaçmaq mümkün deyil. Смотреть
2025 4 Təkər Xəqaninin sevdiyi qızın ailəsinə məxsus klassik avtomobili qumarda itirir. Bu maşının Səlim üçün ayrı dəyəri var. Atasının Xəqanidən xoşlanmadığını bilən Nüşabə maşını özü təmir etsə də, Xəqaninin adı ilə sürpriz etmək istəyir. Xəqani isə ümidləri puç edirb maşını qumarda itirir. Onun dostları avtomobili geri qaytarmaq üçün Xəqaniyə kömək edirlər. Amma bu dəfə hər şey asan olmur. Çünki qarşılarında qumarxana sahibi qəddar və hiyləgər Şahmar var. Смотреть
2018 Sonuncu Pərdə Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta 'yüz ilin' dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib? Смотреть
2017 Dəmir Qazan Dəmir və Qazan dostdurlar. Dəmir universitetdən qovulmuş kimya müəllimidir. Qazan isə qəssabdır və öz kiçik qəssabxanası var. Dəmir mafiya başçısına bahalı maddə söz verir və söz verdiyi vaxta maddəni təhvil verə bilmir. Dəmiri mafiya adamları incidir və buna görə də o dostu Qazandan kömək istəyir. Necəsə işə polis əməkdaşları qarışır. Polisin çantası ilə Dəmirin çantası dəyişik düşür. Dəmir vəziyyətdən çıxmaq istədikcə vəziyyət daha çox pisləşir. Sevda adında polis xanımın köməkliyi ilə dostlar vəziyyətdən çıxırlar. Смотреть
2018 Fəlakət Fəlakətin ailəsi, uşaqlığı, yaşadığı məhəllə və şəxsi həyatı işıqlandırılmışdır ki, bu da onu daha yaxından və başqa tərəfdən tanıdacaq. Problem bir biznesmenin Fəlakətin yaşadığı məhəlləni sökmək qərarından sonra başlayır. Qəhrəmanımız irəli atılaraq bu problemi aradan qaldırmaq və zalım biznesmeni cəzalandırmaq qərarına gəlir. Amma o, Fəlakətdir axı– qeyri adekvat olması onun bütün planlarını alt-üst edir və problem daha da ağırlaşır. Fəlakət bu vəziyyətdən çıxış yolu tapacaqmı? Смотреть
2017 Brat Li Filmdə baş qəhrəman kəndli obrazında iştirak edir. Babası Şaulin məktəbinin tələbəsi olub. Özü isə uşaqlıqdan Bruce Lee-nin fanatı olub. Kənddə sevdiyi qız var. Qızın isə sonradan başqa adaxlısı çıxır ortaya. Adaxlı çox varlı və imkanı olduğundan müəyyən problemlərlə rastlaşır. Amma Bruce Lee istəyinə bir çox çətinliklərə qalib gəlir. Смотреть