2024 Xəyanətə Yox Toy günündə hamı ekranlarda bəylə gəlinin “Love Story” ni gözlədiyi vaxt, bəyin xəyanət videosuna baxmalı olurlar. Aləm bir – birinə dəyir, toy dağılır. Təbii ki, bu xəyanət bağışlanmır. Xəyanət olunan baş qəhrəmanlar bir araya gəlib “Bizə xox gəlməyin! Xəyanət görmüsünüzsə XOX-a gəlin!” sloqanı ilə intiqam almağa başlayırlar. Qadınların intiqamı və gücü izləyiciləri çox təəccübləndirəcək. Xəyanət edənlərin cəzası isə güldürəcək.
2016 Oğlan evi 2 Cənubi Azərbaycanlı Pərvaz Müstəvi Bakıda toy təşkili ilə məşğul olmaq qərarına gəlir. Atasından yadigar qalan bahalı raritet maşını, kirayə vermək üçün İrandan Bakıya gətirəndə, onu yarıyolda oğurlayırlar. Maşını itirdikdən sonra, müflis olacaqları təhlükəsilə üzləşən Pərvaz və şəriki Yavər ölkənin ən amansız avtomobil fırıldaqçıları ilə tanış olurlar.