1958 Ögey ana Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır
1963 Əhməd haradadır? Valideynlərinin yanına gələn Əhməd öyrənir ki, onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanın da başına gəlir. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir-birlərinə aşiq olurlar
1965 Arşın mal alan Bakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər (Həsən Məmmədov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (Hacımurad Yegizarov) onun köməyinə gəlir