Все фильмы
2022 Kişi Ol Bəzən ailələrdə qadınların oxumağına icazə vermirlər. Bu təhsilsizlik nə ilə nəticələnir? Bəzən gənc qızlar “kişi” adını daşıyan kişi qırıqları tərəfindən aldadılır. Monitor arxasında “şir”ə dönən insanlar az deyil. Məhlədə dost qardaş dediyi insanların yoldaşlarına, əzizlərinə pis gözlə baxan “kişilər” var. Ərlərinin xəyanətinə övladına görə dözən analar da var. Dünya film praktikasında olduğu kimi, “Kişi Ol” filmi bir neçə mövzunu bir xarakter ətrafında birləşdirir. Bu xarakter isə yazıları ilə Mətbuat Şurasının və həmkarlarının hörmətini qazanmış Jurnalist Mübarizdir. Bir biznesmen tərəfindən təhdid olunan Mübariz bir məqaləni yazmamalıdır, yazarsa da ailəsini itirməlidir. Mübariz bu vəziyyətdən necə çıxacaq? Zövqlü və zövqsüz jurnalistlərin həyatından, sosial şəbəkələrdə əziyyət çəkən məşhurlardan, sənətkarlarla sənəti olmayanlardan bəhs edən, populyar və sevimli olmağın, qışqırmaqla oxumağın, mədəniyyət və mədəniyyətsizliyin fərqini ortaya qoyan filmdir. Смотреть
2017 OL Biri ssenarist, biri rejissor olan iki qardaşın ərsəyə gətirdiyi film uğursuz alınıb. Elə premyera günü onlar, pulları batmış sponsorlar tərəfindən şiddətli şəkildə döyülürlər və gecə yarısı küçəyə atılırlar. Şəhər küçələrini sərgərdan dolaşaraq evlərinə doğru piyada gedən qardaşlar bir gecə klubunun yanından keçirlər. Birdən taleyin hökmü kimi gecə klubundan qarşılarına özləri kimi döyülmüş bir qız çıxır. Onlar bu qıza növbəti fəaliyyətləri üçün bir stimul, ilham pərisi kimi baxırlar və onu evlərinə gətirirlər. Sübh tezdən həyatlarında yeni səhifə açırlarmış kimi qızla bərabər yeni ssenari yazıb yaratmağa başlayırlar.
Məsələ də ondadır ki, adını 'OL' qoyduqları ssenaridə baş verən hadisələrin qəhrəmanları özləri olurlar. Смотреть