1982 Nizami Film-pritça dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuşdur.
Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Bu film insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrdir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir.
2010 İstanbul reysi Film bir çox mənəvi dəyərlərin aşınmaya məruz qaldığı cəmiyyətimzin ayrı-ayrı qütblərində təklənən 2 nəfərdən – kişi və qadından bəhs edir. Onların biri imkanlı, biri imkansız olsa da, öz yalnızlıqlarını bir-biri ilə unutmağa çalışırlar və buna nail olurlar. Ancaq son ana qədər bu bötüvlüyü qoruyub saxlamaq mümkün olmur.