Все фильмы
2012 Dolu Dolu — tammetrajlı bədii müharibə filmi rejissor Elxan Cəfərov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmişdir. Film 'Azərbaycanfilm' kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov, Vüsal Murtuzəliyev ifa edirlər. Смотреть
2017 Üçüncü Günün Adamı İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir. Смотреть
2002 Ovsunçu Filmdə bolşeviklərin Sovet hakimiyyəti quruculuğu illərində Azərbaycanın ucqar bölgələrində sovet quruluşunu qəbul etməyən insanlara qarşı törətdikləri özbaşınalıq və amansızlıqlardan bəhs olunur.
Təbibliyin sirlərinə irsən yiyələnən Rəsul müxtəlif otlarla kənd camaatını müalicə edən sakit təbiətli loğmandır. Amma rus qoşunlarının kəndə daxil olması onun bu sakitliyini pozur. Yeni qoyulan qayda-qanunlar onu qane etmir və nəticədə loğman ailəsinin şərəfi naminə mübarizəyə qalxır. Смотреть
2012 Mayak Qadın oğlunu həyata qaytarmaq üçün keçmiş ərinə — Ənsariyə müraciət edir və adaların birində mayak qülləsində çalışan general yeganə övladını xilas etmək istəyir. Onu xəstəxanadan götürüb özünün kimsəsiz adasına gətirir. Ənsarini hərəkət etməyə sövq edən qüvvə, bəlkə də, oğlu Akifə sevgidən daha çox günah hissidir: vaxtında yanında olsaydı, onu öz sevgisi ilə əhatə eləyə bilsəydi, Akifi 'ağ ölümün' cəngindən ala bilərdi. Bəli, zaman buraxılıb, amma Ənsari öz sərt üsullarının işə yarayacağını düşünür və hesab edir ki, bu üsullar həkim müalicəsindən də effektli ola bilər. Amma insanlardan aralı düşən, kimsəsiz adada tənha həyat tərzi keçirən general reallıq hissini unudub. O, öz 'müalicəsi' zamanı ən əsas məqamı yaddan çıxarır — sağalmaq üçün Akif özü bunu istəməlidir. Смотреть
2026 Akinak Filmdə bir neçə yeniyətmə qəhrəman akinak qılıncını əldə etmək üçün təhlükəli və çətin səfərə çıxırlar. Onlar bu səfərdə müxtəlif sınaqla üzləşir, sədaqət, dostluq və cəsarətin əsil mənasını anlayırlar. Filmdə vətənpərvərlik və macəra motivləri vacib yer tutur. Смотреть
2007 Cavid ömrü Film 'Fuji' kinolentinə çəkilmişdir.
Filmdə xronikal kadrlardan istifadə edilmişdir.
Filmin çəkilişi Azərbaycan prezidentinin 23 oktyabr 2002-ci il tarixli, Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib. 2004-cü il üçün nəzərdə tutulmuş ehtiyat fondundan lazımi məbləğ Azərbaycan Mədəniyyət Nazirliyinə ayrılıb. Nazirlik filmin çəkilişlərinə 660 min manat vəsait ayırıb.
Ssenari Anarın Üzeyir Hacıbəyov, Mirzə Cəlil və Hüseyn Cavid haqqında yazdığı trilogiyanın son hissəsidir.
Filmdə ümumilikdə 72 aktyor rol alıb.
Film Azərbaycan kinosu tarixində dövlət sifarişi ilə müstəqil kino şirkəti tərəfindən çəkilmiş (prodüser filmi) ilk film hesab olunur.
Filmin operatorlarından biri İrandan gəlib. Filmin aşkarlanması, üzünün çıxarılması və montajı İranda həyata keçirilib. Səsləndirmə və musiqi yazılışı Sankt-Peterburqda aparılıb.
Filmin çəkilişi iki ilə yaxın davam edib.
Film Hüseyn Cavidin əsərləri əsasında çəkilib. Смотреть