Все фильмы
1993 Fəryad “Ögey ana” filminin baş qəhrəmanı - balaca İsmayıl artıq böyüyüb, ailə sahibi olub. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür. O, əsirlikdə də öz mərdliyini itirmir.
Filmdə təsvir olunan hadisələr real faktlara əsaslanır.
Xocalı faciəsi ilə bağlı kadrlar Goranboyda Murovdağ ətəklərində çəkilib. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir. Смотреть
2002 Güllələnmə təxirə salınır! Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər...
1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc 'varlıların' əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar...
Hüquqi baxımdan bu cavanlara 'oğru' damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. Смотреть
1971 Axırıncı aşırım Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film 'Azərbaycanfilm' kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova 'ən yaxşı kişi obrazı'na görə II mükafat, aktyor Həsən Məmmədova 'ən yaxşı kişi rolu'na görə mükafat verilmişdir. Смотреть
1991 O dünyadan salam Kino əsəri cəhalətpərəstliyi, avamlığı, kortəbii fanatizmi, fırıldaqçılığı ifşa edir. Burada söhbət çirkin adamlardan deyil, dövrün çirkin ab-havasından gedir. Filmdə adamların xeyirxahlığı və sadəlövhlüyü ön plana çıxarılmışdır. Sadəlövhlük isə qüsur deyil, təmizlikdir, möcüzəyə inamdır. Смотреть
1966 İyirmialtılar Film 1918-ci ildə Bakıda baş verən dramatik hadisələrdən, Bakı kommunasının süqutundan bəhs edir. Смотреть
1969 Dəli Kür Filmdə keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir. Смотреть