Все фильмы
2012 Sübhün səfiri Film Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər qoyan, Azərbaycan dramaturgiyasının banisi, böyük ictimai xadim Mirzə Fətəli Axundzadənin həyatı və çoxşaxəli irsindən bəhs edir. Filmdə dramaturqun həyatının 3 dövrü — uşaqlıq, gənclik və qocalığı canlandırılır.
Film Mirzə Fətəli Axundovun 200 illiyinə həsr olunub.
Filmin çəkilişləri Türkiyə, Gürcüstan, Şəki, Bakı, Gəncə və Goranboyda aparılıb Смотреть
2013 Mahmud və Məryəm Film müsəlman Mahmud ilə xristian Məryəmin mümkünsüz görünən məhəbbəti haqqındadır. Filmdəki hadisələr 1500-cü illərdə baş verir. Mahmud Gəncə xanı Ziyad xanın oğlu, Məryəm isə xristian keşişinin qızıdır. Gənclərin məhəbbəti Ziyad xan və keşiş tərəfindən yaxşı qarşılanmır. Keşiş Məryəmi götürüb uzaqlara qaçır. Ziyad xanın etirazlarına baxmayaraq, Mahmud Məryəmin dalınca gedir. Yolda Mahmud Çaldıran döyüşünün baş verdiyi düzənliyə çatır və gördüklərindən çox təsirlənir. Süleyman Paşanın köməyi ilə Məryəmi tapsa da, filmin sonunda hər iki aşiq əfsanəvi şəkildə dünyalarını dəyişir. Смотреть
2017 Brat Li Filmdə baş qəhrəman kəndli obrazında iştirak edir. Babası Şaulin məktəbinin tələbəsi olub. Özü isə uşaqlıqdan Bruce Lee-nin fanatı olub. Kənddə sevdiyi qız var. Qızın isə sonradan başqa adaxlısı çıxır ortaya. Adaxlı çox varlı və imkanı olduğundan müəyyən problemlərlə rastlaşır. Amma Bruce Lee istəyinə bir çox çətinliklərə qalib gəlir. Смотреть