1958 Kölgələr sürünür Filmdə elmdə həqiqətlərin üzə çıxarılması naminə aparılan mübarizədən danışılır, müxtəlif yollarla alimlik adı almış, cəmiyyətimizə yad olan adamlar ifşa edilir.
1976 Dərviş Parisi partladır Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi müsyö Jordan mülkədar Hətəmxan ağanın qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.
Film Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah Cadiguni-Məşhur” komediyasının motivləri əsasında çəkilib.
1991 Girişmə, öldürər! Filmin qəhrəmanları-dörd nəfər dost istirahət etmək məqsədilə 'Azərbaycan' gəmisində dəniz səyahətinə çıxır. Onlar gəmidə bir guşəyə çəkilib 'Şimşimə' kart oyununa başlayırlar. Amma oyunu başa vura bilmirlər. Çünki dostlar macəralarla dolu ağlasığmaz hadisələrin iştirakçısına çevrilirlər. Bu hadisələr filmin əsas süjet xəttini təşkil edir.