1991 Qəzəlxan Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yadigarı-qəzəlxan, lirik şair Əliağa Vahidə həsr olunmuşdur.
Burada vahid bir süjet xətti yoxdur. Buna baxmayaraq şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Müəlliflər Vahidi əhatə edən adamların da adlarını dəqiq göstərmirlər. Onlar ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamlarını lentə almaqla onun ümumiləşdirilmiş bədii obrazını yaratmağa çalışmışlar.
2017 Kəklikotu Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satırlar. Sən demə, kisədəki kəklikotu yox, qurudulmuş marixuana imiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.