Все фильмы
1969 Uşaqlığın son gecəsi Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstə ilə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır. Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Murad və Rüstəm obrazlarının xarakterindəki əksliklər süjeti daha da dinamikləşdirir, bəzən komik ziddiyyətli situasiyalar yaradır. Смотреть
1976 Mezozoy əhvalatı Kinopovestin mərkəzində əsl həyat yolunu, səadəti, məhəbbəti zəhmətdə, neft sənayesinin inkişafında tapan alimlərin, mühəndisləri, dəniz neft birliyi rəhbərliyinin birgə fəaliyyəti, onların qarşılıqlı əlaqəsi və neft uğrunda mübarizəsi durur. Yaradıcı qrup bu kino əsəri vasitəsilə demək istəyir ki, həyat həqiqətən hünər meydanı, sınaq meydanıdır. Yalnız zəhmətə qatılaşanlar bu meydanda qalib çıxar, istədiklərinə nail ola bilərlər. Смотреть
1977 De ki, məni sevirsən! Kinopovest cinayət axtarışı əməkdaşları tərəfindən qiymətli balıq növlərinin qeyri-qanuni ovlanmasının təhqiqindən, nəinki maddi, həm də mənəvi ziyan vuran brakonyerlərin ifşa olunub həbs edilməsindən danışır. Filmin gənc qəhrəmanları-dəniz sahilindəki qəsəbəyə istirahətə gəlmiş Samir (Samir Bəbirov) və Səbinə (Səbinə Həsənova) istər-istəməz istintaqa kömək edirlər. Burada eyni zamanda şəxsi və ictimai münasibətlər probleminə toxunulur, milis işçilərinin fədakar əməyindən, öz işinə sadiq adamlardan, sabahkı həyata başlayacaq gənclərdən söhbət açılır. Смотреть
1971 Ən vacib müsahibə Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O belə bir suala cavab tapmalıdır: 'Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?'
Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır. Смотреть