Все фильмы
1958 Kölgələr sürünür Filmdə elmdə həqiqətlərin üzə çıxarılması naminə aparılan mübarizədən danışılır, müxtəlif yollarla alimlik adı almış, cəmiyyətimizə yad olan adamlar ifşa edilir. Смотреть
1959 Bir qalanın sirri Filmdə əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı xalqın mübarizəsindən danışılır. Alim-həkim Eldostu, onun sədaqətli və sevimli şagirdi Mətanət, igid və cəsur gənc usta Elşən, Kamran baba bu mübarizənin önündə gedirlər.
Filmdə göstərilir ki, xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama xoşbəxtlik bəxş edir.
Filmin çəkilişləri Mingəçevir yaxınlığındakı Bozdağın ətəklərində, İsmayıllı, Kəlbəcər, Mərdəkan, Sankt-Peterburq və pavilyonda aparılıb.
Film Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesinin motivləri əsasında çəkilib. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir. Смотреть
1963 Əhməd haradadır? Valideynlərinin yanına gələn Əhməd öyrənir ki, onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanın da başına gəlir. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir-birlərinə aşiq olurlar Смотреть
1962 Böyük dayaq Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır.
Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər. Смотреть
1971 Ən vacib müsahibə Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O belə bir suala cavab tapmalıdır: 'Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?'
Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır. Смотреть