1991 Qəzəlxan Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yadigarı-qəzəlxan, lirik şair Əliağa Vahidə həsr olunmuşdur.
Burada vahid bir süjet xətti yoxdur. Buna baxmayaraq şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Müəlliflər Vahidi əhatə edən adamların da adlarını dəqiq göstərmirlər. Onlar ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamlarını lentə almaqla onun ümumiləşdirilmiş bədii obrazını yaratmağa çalışmışlar.
2015 Usta Yusifin kamançası Çəkməçi Qədir pul qazana bilmədiyindən qızı Qönçəyə kamança ala bilmir. Həyat yoldaşı Nazı buna görə hər gün onu danlayır. Usta Yusifin oğlu Rasim isə kamançanı 500 dollardan bir qəpik də aşağı satmaq istəmir. Çıxılmaz vəziyyətdə qalan Qədir Moskvadan gələn Fərmanın şərti ilə razılaşmalı olur.