Все фильмы
1958 Uzaq sahillərdə Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilib Смотреть
1959 Bir qalanın sirri Filmdə əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı xalqın mübarizəsindən danışılır. Alim-həkim Eldostu, onun sədaqətli və sevimli şagirdi Mətanət, igid və cəsur gənc usta Elşən, Kamran baba bu mübarizənin önündə gedirlər.
Filmdə göstərilir ki, xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama xoşbəxtlik bəxş edir.
Filmin çəkilişləri Mingəçevir yaxınlığındakı Bozdağın ətəklərində, İsmayıllı, Kəlbəcər, Mərdəkan, Sankt-Peterburq və pavilyonda aparılıb.
Film Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesinin motivləri əsasında çəkilib. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir. Смотреть
1956 O Olmasın, Bu Olsun 1910-cu ildə Bakıda cərəyan edən hadisələrdə iki gəncin - Sərvər və Gülnazın ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır.
Film Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasının motivləri əsasında çəkilib.
Film ilk rəngli bədii Azərbaycan filmidir. Смотреть
1964 Sehrli xalat Pioner təşkilatının 40 illiyi ilə əlaqədar olaraq Bakı pionerləri şənliklərə hazırlaşır. Tədbirə Moskvadan qonaq gələn sehrbaz İo-Kio baba, pionerlərə gözəl bir əyləncə yaşadır. Onun gətirdiyi sehrli xalat insanları keçmişə və gələcəyə apara bilir. Смотреть
1961 Bizim küçə Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın (Rimma Məmmədova) acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına (Ətayə Əliyeva) qovuşmasından bəhs olunur. Смотреть
1966 İstintaq davam edir Filmdə Vətənin təhlükəsizliyinin və Bakı şəhərinin əhalisinin əmin-amanlığının qorunmasında Azərbaycançekistlərinin və milisinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından söhbət açılır… Смотреть